"Nyukasl" ərəblərə satıldı
Digər

"Nyukasl" ərəblərə satıldı

  • 2021-10-08

İngiltərənin "Nyukasl" klubunun səhmləri satılıb.

Klubun rəsmi saytına istinadən, Premyer Liqa təmsilçisinin səhmlərini Səudiyyə Ərəbistanının bir investisiya fondu alıb. Razılığa əsasən Səudiyyə Ərəbistanı Krallığı kluba nəzarət edəcək.

Britaniya mətbuatı müqavilənin dəyərinin 300 milyon funt sterlinq olduğunu yazıb.

Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş "Nyukasl" klubu 14 ildir iş adamı Mayk Eşliyə məxsus idi.