"Donnarumma "Milan"a nankorluq etdi"
Digər

"Donnarumma "Milan"a nankorluq etdi"

  • 2021-10-07

Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello "Milan"dan ayrılaraq "PSJ"yə keçən Canluici Donnarumma haqda danışıb.

O, "Corriere dello Sport"a açıqlamasında İtaliya millisinin qolkiperinin Milan klubundan ayrılmaq formasını düzgün hesab etməyib: "Ümüd edirəm ki, xoşbəxtdir. Çünki Avropa çempionatında millinin önəmli oyunçularından biri idi. Amma bunu da söyləmədən durmayacağam. Donnarumma "PSJ"yə keçərək "Milan"a nankorluq etdi. Klubun ona və ailəsinə uşaqlıqdan etdiklərini nəzərə alaraq daha fərqli davranmalı idi".

Qeyd edək ki, Donnarumma yayda "Milan"la başa çatan müqaviləni yeniləməyərək "PSJ"yə transfer olunub.