Van Deyk Ronaldo və Messi arasında seçim etdi
Digər

Van Deyk Ronaldo və Messi arasında seçim etdi

  • 2021-10-07

"Liverpul"un futbolçusu Vircil Van Deyk Lionel Messi ("PSJ") ilə Kriştiano Ronaldo ("Mançester Yunayted") arasında seçim edib.

Britaniya mətbuatına istinadən, o, argentinalı hücumçuya üstünlük verib: "Messi hələ də dünyanın ən yaxşı oyunçusudur. O və Ronaldo son onilliklər ərzində təəccüblü rekordlara nail oldular. Amma mən Messini seçərdim. Çünki bizdə 2019-cu ildə Barselonada çətin gecə idi".

Qeyd edək ki, Messi "Qızıl top"un altıqat, Ronaldo isə beşqat sahibidir.