Mbappe Neymarı avara adlandırdığını etiraf etdi
Digər

Mbappe Neymarı avara adlandırdığını etiraf etdi

  • 2021-10-05

"PSJ"nin futbolçusu Klian Mbappe komanda yoldaşı Neymarı avara adlandırdığını təsdiq edib. 

22 yaşlı hücumçu "L`Equipe"yə açıqlamasında deyib:

"Bəli, mən Neymarı avara adlandırdım. Belə şeylər futbolda daim olur. Amma biz bu kimi məsələlərə qərəzlə yanaşmırıq. Neymarla sonra bu məsələ haqda danışdıq. Daha əvvəl də biz bir-birimizə bir neçə dəfə belə sözlər demişik. Ola bilər ki, onlar gələcəkdə də təkrarlanacaq.  Mən oyunçu və insan kimi Neymara hörmət edirəm. Hərdən ona heyranlıq hissi duyuram. Bizim aramızda problem yoxdur". 

Mbappe Liqa 1-in 8-ci turunda "Monpelye" ilə matçda 88-ci dəqiqədə əvəzlənərək ehtiyat oyunçular skamyasında əyləşib. Bu vaxt o, komanda yoldaşı İdrissa Qana Qeyeyə Neymarın hərəkətlərindən narazı qalması ilə bağlı şikayətlənib və onu avara adlandırıb.