"Marsel"in sabiq prezidenti dünyasını dəyişdi
- 2021-10-03
"Marsel"in əfsanəvi prezidenti Bernard Tapi vəfat edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O. 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tapi 1986-1994-cü illərdə "Marsel"in prezidenti olub. Həmin dövrdə "Marsel" Çempionlar Kubokunun sahibi olub. Komanda ardıcıl 5 dəfə Fransa çempionatında 1-ci yeri tutub. Sonralar Tapi oyun alqı-satqısına görə həbs edilib.