Messinin qaldığı oteldə soyğunçuluq
- 2021-10-01
"Barselona"dan ayrılaraq "PSJ"yə transfer olunan Lionel Messinin qaldığı oteldə soyğunçuluq olub.
"The Sun"a istinadən, "Le Royal Monceau"da argentinalı hücumçunun qaldığı otağın yuxarı mərtəbəsindəki otağa daxil olan soyğunçular 3 min funt sterlinq dəyərində boyunbağı, 500 funt sterlinq dəyərində sırğa və 2 min funt sterlinq məbləğində nəğd pul oğurlayıb.
Bu hadisədən sonra Messi ailəsi ilə birgə qaldığı oteldən ayrılmaq və evə köçmək üçün hazırlıqlara başlayıb.