"Barselona"dan antirekord
Digər

"Barselona"dan antirekord

  • 2021-09-30

"Barselona" antirekorda imza atıb.

"Opta"ya istinadən, Kataloniya təmsilçisi tarixində ilk dəfə olaraq ilk iki avrokubok matçında qol vurmayıb.

Çempionlar Liqasında E qrupunda mübarizə aparan Ronald Kumanın baş məşqçisi olduğu komanda ilk turda "Bavariya", ikinci turda "Benfika"ya 0:3 hesabı ilə uduzub. Xalı olmayan "Barselona" turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Kataloniya klubu ÇL-də növbəti oyununu "Dinamo"ya (Kiyev) qarşı keçirəcək.