Arnold zədələndi
Digər

Arnold zədələndi

  • 2021-09-29

"Liverpul"un futbolçusu Trend Aleksandr-Arnold zədələnib. 

"BT Sport"a istinadən, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. 54 yaşlı mütəxəssis 22 yaşlı müdafiəçinin məşq zamanı sıradan çıxdığını bildirib. İngiltərəli oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə məlum deyil. 

Qeyd edək ki, Trent Aleksandr-Arnold "Liverpul"un yetirməsidir.