"Liverpul"un keçmiş futbolçusu vəfat etdi
Digər

"Liverpul"un keçmiş futbolçusu vəfat etdi

  • 2021-09-28

"Liverpul"un əfsanəvi futbolçusu Rocer Hant dünyasını dəyişib. 

Bu barədə "mersisaydlılar"ın mətbuat xidməti məlumat yayıb. İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu da olmuş Rocer Hantın 83 yaşında vəfat etdiyi bildirilib. Klub mərhumun yaxınlarına baş sağlığı verib və səbr diləyib. 

Qeyd edək ki, Hant 1958-69-cu illərdə "Liverpul"da oynayıb. O, bu müddət ərzində 339 matçda 189 qol vurub və 25 qolun ötürməsini verib. Hant İngiltərə millisində keçirdiyi 34 görüşdə 18 qola imza atıb.