Ronaldonu Yuli Sezara bənzətdi
Digər

Ronaldonu Yuli Sezara bənzətdi

  • 2021-09-28

"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüsson Kriştiano Ronaldonun "qırmızı şeytanlar"a qayıtması haqqında danışıb.
 
O, Britaniya mətbuatına açıqlamasında 36 yaşlı hücumçunu Yuli Sezara bənzədib: 

"Ronaldonun "Old Trafford"a qayıdışı Sezarın Romanı fəth etməsi kimi idi. O, fantastik oyunçudur. Bu, "Mançester Yunayted" azarkeşləri üçün gözəl an idi. Ronaldo futbol tarixinin ən yaxşısı olmaq üçün özünü fəda edib". 

 

Qeyd edək ki, Ronaldo 2003-2016-cı illərdə məhz Fergüssonun baş məşqçiliyi altında "qırmızı şeytanlar"da oynayıb. O, ötən ay bu klubla 2+1 illik müqavilə imzalayıb.