Kante bu oyunları buraxacaq
Digər

Kante bu oyunları buraxacaq

  • 2021-09-28

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante Çempionlar Liqasının qrup mərhələsinin "Yuventus" la, İngiltərə Premyer Liqasının "Sauthempton"la oyununu buraxacaq .

Britaniya mətbuatına istinadən, fransalı futbolçu xəstəlik səbəbindən bu matçlarda iştirak edə bilməyəcək. 

Xatırladaq ki, Kante İngiltərə çempionatının 5 -ci turunun "Tottenhem"lə sentyabrın 19 -da keçirilən oyunda (3:0) meydana qayıtmışdı.

"Yuventus" - "Çelsi" görüşü sabah, "Çelsi" - "Sauthempton" qarşılaşması isə oktyabrın 2-i keçiriləcək.