"Mbappe liderdir, Messi ona xidmət etməlidir"
Digər

"Mbappe liderdir, Messi ona xidmət etməlidir"

  • 2021-09-28

Fransa millisinin və "PSJ"nin sabiq futbolçusu Nikolya Anelka klubun oyunçusu Kilian Mbappe haqda danışıb.

"Le Parisien"ə istinadən, onun fikrincə, komandanın hücumdakı lideri Lionel Messi yox, Mbappedir:

"Mbappe bir nömrəli olduğu üçün Paris klubunun hücumuna rəhbərlik etməlidir. Messi "Barselona"da bu statusa sahib idi, amma indi Mbappeyə xidmət etməlidir. Kilian beş ildir ki, bu klubdadır və Messi ona hörmət etməlidir" - deyə sabiq futbolçu bildirib.

Xatırladaq ki, Messi avqustda "PSJ" ilə 2+1 illik müqavilə imzalayıb.