UEFA sanksiyaları ləğv etdi
Digər

UEFA sanksiyaları ləğv etdi

  • 2021-09-28

UEFA Avropa Superliqası layihəsindən geri çəkilməyən "Real", "Barselona" və "Yuventus"a qarşı sanksiyaları ləğv edib. 

Bu barədə jurnalist Tanquerdi Palmeri məlumat yayıb. Avropanın ali futbol qurumunun təşkilatın əsas təsisçiləri olan sözügedən 3 klubu cəzalandırmayacağı bildirilib. Həmçinin Avropa  Superliqasının yaradılmasında iştirak edən, daha sonra isə geri çəkilən digər 9 kluba qarşı da heç bir sanksiya tətbiq edilməyəcək. 

Qeyd edək ki, aprelin 18-də  "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi" (hamısı İngiltərə), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Yuventus", "Milan" və "İnter" (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.