"Əvvəllər Ronaldo ilə məşq edirdim, indi süd satıram"
Digər

"Əvvəllər Ronaldo ilə məşq edirdim, indi süd satıram"

  • 2021-09-28

Hazırda İngiltərədə süd satışı ilə məşğul olan keçmiş futbolçu Riçard Ekersli "Mançester Yunayted"də məşq etdiyi Kriştiano Ronaldo ilə bağlı təəssüratlarını bölüşüb .

"Qol.az"a istinadən, o deyib: "Kriştiano Ronaldo "Mançester Yunayted"ə qayıtdı. Bu barədə düşünürdüm. Sonuncu dəfə "Mançester Yunayted"də olanda mən də orda idim və onunla məşq etdim. Mən indi süd satıram və o hələ də futbol oynayır. Fərqli dünyalardayıq. Ancaq çox xoşbəxtəm, özümü idarə edirəm".

Qeyd edək ki, Ekersli 2009-cu ilə qədər "Mançester Yunayted"in heyətində olub. Müdafiəçi daha sonra "Plimut", "Bradford" və "Beri"də icarə əsasında oynayıb, ardınca "Bernli"yə keçdi. O, həmçinin ABŞ-da "Toronto" və "Nyu-York Red Bulls"da da çıxış edib. Ekersli 2016 -cı ildə İngiltənin "Oldheme" klubunda karyerasını başa vurub.