Arnautoviç cəzalandırıldı
Digər

Arnautoviç cəzalandırıldı

  • 2021-06-16

UEFA Avstriya millisinin futbolçusu Marko Arnautoviçi cəzalandırıb.

İntizam Komitəsinin qərarına əsasən, 32 yaşlı yarımmüdafiəçi 1 oyunluq diskvalifikasiya olunub. Onun cəzalandırılmasına səbəb isə Avro-2020-nin final mərhələsinin ilk turunda Şimali Makedoniya ilə matçda (3:1) rəqibin futbolçularını təhqir etməsidir. 

Qeyd edək ki, Avstriya millisi növbəti matçını sabah Niderlanda qarşı keçirəcək.