"Enerjimi idarə edə bilməyəcəyim bir şeyə sərf etməyəcəyəm"
Digər

"Enerjimi idarə edə bilməyəcəyim bir şeyə sərf etməyəcəyəm"

  • 2021-09-25

"Barselona"nın baş məşqçisi Ronald Kuman klubdakı gələcəyi barədə danışıb. 

58 yaşlı hollandiyalı mütəxəssis "Marca"ya açıqlamasında deyib: 

"Bu mövzuda bir şey deyə bilmərəm. Çünki uzun müddətdir mətbuatı oxumuram. "Barselona"dan gedəcəyim barədə şayiələr haqqında məlumatım var. Amma etməli olduğumuz tək şey matçlarda qalib gəlməkdir. Dedi-qodular hər zaman olur. Mənim işim komandaya baş məşqçilik etməkdir. Ancaq enerjimi idarə edə bilməyəcəyim bir şeyə sərf etməyəcəyəm". 

Qeyd edək ki, Kumanın istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb. Onun əvəzinə komandanı Xavinin çalışdıracağı gözlənilir.