"Messi sadə fikirli və səssizdir"
Digər

"Messi sadə fikirli və səssizdir"

  • 2021-09-24

PSJ-nin müdafiəçisi  Aşraf Hakimi Paris klubuna keçidi və hücumçu Lionel Messi ilə münasibətlərindən danışıb .

"L'Équipe" nəşrinin verdiyi xəbərə görə, o, yay transfer pəncərəsində PSJ ilə yanaşı, "Çelsi"dən də təkliflər aldığını bildirib:

"İntuitiv olaraq Parisə getməli olduğumu, burada xoşbəxt olacağımı hiss etdim. Bir neçə il əvvəl Poçettino məni "Tottenhem"də görmək istəyirdi".

23 yaşlı oyunçu, həmçinin, Lionel Messinin Paris klubuna keçidi barədə fikirlərini bölüşüb:

"Hər kəs kimi mən də Messinin "Barselona"dan ayrılacağını gözləmirdim. Çox gözəl oyunçularla oynadım, amma Messi ilə komanda yoldaşı olmaq şansım olmamışdı. Bu, mənim üçün bir xəyaldır. Onun davranışına heyran qaldım. Messi sadə fikirli və səssizdir".