Kavani yaşıl meydanlara qayıdır
- 2021-09-24
"Mançester Yunayted"in hücumçusu Edinson Kavani zədəsini tam sağaldıb.
Klubun saytının verdiyi məlumata görə, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, uruqvaylı futbolçunun İngiltərə Premyer Liqasının növbəti turunda " Aston Villa" ilə matçda oynamağa hazır olduğunu deyib:
"Edinson "Vest Hem"lə oyundan sonra qrup məşqinə qatıldı. O hazırdır".
Qeyd edək ki, 34 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm Premyer Liqada cəmi 1 oyuna çıxıb.