Mbappe İbrahimoviçin rekordunu təkrarladı
Digər

Mbappe İbrahimoviçin rekordunu təkrarladı

  • 2021-09-24

Fransa Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Bu, "PSJ"nin hücumçusu Kilian Mbappedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mbappe 5-ci dəfə Fransada ayın oyunçusu seçilib.

21 yaşlı hücumçu bu göstəricidə isveçli futbolçu Zlatan İbrahimoviçin rekorduna şərik olub. Hazırda "Milan"da çıxış edən İbrahimoviç "PSJ" ilə Fransada 5 dəfə ayın oyunçusu mükafatını qazanmışdı.