Evra məşqçilik lisenziyası aldı
Digər

Evra məşqçilik lisenziyası aldı

  • 2021-09-23

"Mançester Yunayted" və Fransa millisinin sabiq futbolçusu Patris Evra məşqçilik lisenziyası alıb.

Bu barədə o, özünün "İnstaqram" səhifəsində paylaşım edib:

"A və B lisenziyası aldım. Təcrübə qazanmaq şansına görə "Mançester Yunayted"ə təşəkkür edirəm. Meydanda saatlarla qışqırıqlarıma dözmək məcburiyyətində qalan oyunçulara, bütün müəllimlərimə təşəkkür edirəm".