İbrahimoviç, Ronaldo və Suares
Digər

İbrahimoviç, Ronaldo və Suares

  • 2021-09-23

La Liqanın 6-cı turunda "Xetafe" ilə matç "Atletiko"nun futbolçusu Luis Suares üçün əlamətdar olub. 

"El Pais"ə istinadən, 34 yaşlı hücumçu buna görüşdə dubl edərək nail olub. O, 78 və 90+1-ci dəqiqələrdə fərqlənib. Beləliklə, Suares karyerası ərzində matçın bütün dəqiqələrində qol vurmağı bacarıb. Uruqvaylı oyunçu hətta 90+7-ci dəqiqədə də qol vurub. 

Daha əvvəl hazırda karyerasını davam etdirən futbolçulardan Zlatan İbrahimoviç və Kriştiano Ronaldo bu uğura imza atıb.