"Ronaldo bu kluba qayıtmalıdır"
Digər

"Ronaldo bu kluba qayıtmalıdır"

  • 2021-09-22

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aviero oğlunun yenidən sabiq klubu "Sportinq"də çıxış etməsini istəyir. 

O, bu barədə "AND de Leao"ya açıqlamasında danışıb. Aviero bildirib ki, ən böyük xəyallarından biri Ronaldo və onun oğlunun "Sportinq"də oynamasını görməkdir: 

"Ronaldo bu kluba qayıtmalıdır. O, mənim üçün "Sportinq"də oynayacaq. Ronaldo keçmiş klubunun oyunlarını izləməyi sevir. İndi "Mançester Yunayted"də oynayır. Amma onun oğlu "Sportinq"də ilk addımlarını atacaq. Mənim xəyalım ikisini də bu klubun formasında görməkdir. Televiziyada Ronaldonun "Mançester Siti"yə keçəcəyi haqqında danışırdılar. Amma sonra o gəlib, mənə dedi: "Ana, bu xəbərlərə görə narahat olma. Çünki mən "Mançester Yunayted"ə gedirəm". Cavab olaraq söylədim ki, bu fikri çox bəyəndim. Ronaldonun adını qışqıran 75 min adamın olduğu dolu stadionu görmək çox xoş idi”. 

Qeyd edək ki,  Ronaldo avqustun 31-i "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb. O, 2003-2009-cu illərdə də bu komandada çıxış edib. 

Əlavə edək ki, Ronaldo 2002-2003-cü illərdə "Sportinq"in formasını geyinib.