Rekord üstünə rekord
- 2021-06-16
Avro-2020-nin A qrupunda bu gün Macarıstanla keçirilən oyun Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün 3 tarixi rekordla əlamətdar olub.
36 yaşlı hücumçu görüşdə dubl etməklə Avropa çempionatlarının final mərhələləri tarixində ən çox qol vuran oyunçu olub - 11 qol. O, Mişel Platinini (9 qol) geridə qoyub.
Ronaldo Avropa çempionatlarının final mərhələsində milli komandası ilə ən çox qələbə qazanan (12) oyunçu adına da yiyələnib.
O həmçinin, dalbadal 5 Avropa çempionatının final mərhələsində iştirak edən ilk futbolçu olub. (2004, 2008, 2012, 2016, Avro-2020).