Ançelottinin klub haqqındakı fikirləri
- 2021-09-21
"Real"ın baş məşqçisi Karlo Ançelotti klub haqqında fikirlərini bölüşüb.
O,"Marca"ya açıqlamasında Madrid təmsilçisində işləməkdən məmnun olduğunu deyib: "Real"da bal ayı dövrümü keçirirəm. Ümid edirəm ki, uzun illər burada qalacağam. Hər kəs kimi biz də mövsümə müəyyən çətinliklə başladıq. Ancaq klubda inanılmaz dərəcədə müsbət ab-hava var. Komandamızın xarakterinə güvənərək matçlar ərzində oyunumuzu yaxşılaşdıra bildik".
Qeyd edək ki, "Real" bu ilin iyun ayında Ançelotti ilə 3 illik müqavilə imzalayıb. O, 2013-2015-ci illərdə də bu klubda işləyib.