"Milan"ın qapıçısına təhqiramiz sözlər
- 2021-09-21
"Milan"ın qapıçısı Mayk Menyan A seriyasının 4-cü turunda "Yuventus"la oyun (1:1) öncəsi rəqib komandanın azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb.
İtaliya mətbuatına istinadən, 26 yaşlı qolkiper görüşdən əvvəl isinmə hərəkətlərini yerinə yetirərkən Turin təmsilçisinin azarkeşləri ona "meymun", "zənci" kimi ifadələr səsləndiriblər. Mayk isə onların bu təhqirlərinə cavab verməyib.
Qeyd edək ki, daha əvvəl "Latsio"nun azarkeşləri "Milan"ın digər futbolçusu Temue Bakayokonu irqçi ifadələrlə təhqir etmişdilər.