"Messi artıq oyuna təsir etmir"
Digər

"Messi artıq oyuna təsir etmir"

  • 2021-09-21

Fransanın məşhur "Le Parisien" nəşri Fransa çempionatının 6-c turunda "Lion" la oyundan (2:1) sonra "PSJ"nin hücumçusu Lionel Messini tənqid edib.

Nəşr argentinalı futbolçu ilə bağlı yazıb. "Onun Parisdə qalması gözləniləndən daha çətin olacaq. Messi solur. Başını aşağıya endirib, meydanın ətrafında gəzir və artıq oyuna təsir etmir".

Xatırladaq ki, Messi bu matç üçün start heyətdə meydana daxil olub və 76 dəqiqədə əvəzlənib. O, əvəzləndiyi üçün baş məşqçisi Maurisio Poçettinonun əlini sıxmayıb.