"Bekhem" soyadı yenidən yaşıl meydanlarda
Digər

"Bekhem" soyadı yenidən yaşıl meydanlarda

  • 2021-09-20

Məşhur futbolçu Devid Bekhemin oğlu Romeo Bekhem ilk rəsmi matçına çıxıb. 

19 yaşlı yarımmüdafiəçi ABŞ-ın 3-cü Liqasında mübarizə aparan "Fort Loderdeyl"in heyətində "South Georgia Tormenta" ilə oyunda iştirak edib. Romeo 2:2 hesabı ilə başa çatan görüşə start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, Romeo sentyabrın 4-də sözügedən klubla sözləşmə imzalayıb.