Messi nə qədər qazanacaq?
Digər

Messi nə qədər qazanacaq?

  • 2021-09-19

"PSJ"nin direktoru Leonardo yeni transferləri Lionel Messinin maaşı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

"L'Equipe" nəşrinə istinadən, o, argentinalının ilinə 30 milyon avro maaş alacağı haqda iddialara toxunarkən deyib:

"Bu, tamamilə reallıqdan uzaq məlumatdır. Müqavilədə maliyyə ilə bağlı məxfiliyin qorunmasına dair bənd var. Amma onu deyə bilərəm ki, səslənən rəqəm doğru deyil".