İngiltərə millisində oynamaqdan imtina edir
Digər

İngiltərə millisində oynamaqdan imtina edir

  • 2021-09-18

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi idman vətəndaşlığını dəyişə bilər.

"Daily Mail"in yaydığı məlumata görə, ikili vətəndaşlığı olan 20 yaşlı hücumçu Qana millisində oynamağı düşünür. Kallum, İngiltərə millisində cəmi 3 oyuna çıxıb.

FIFA-nın qaydalarına əsasən, Kallum turnirlərin final mərhələsində İngiltərəni təmsil etmədiyi və meydana çıxdığı hər üç oyunda yaşı 21-dən aşağı olduğu üçün yığmasını dəyişdirə bilər. 

O, İngiltərə millisində daha az oynaması səbəbindən bu qərara gəlib.

Futbolçu Qananı təmsil etməyə görə 2022 -ci ilin noyabrına qədər gözləməli olacaq. Qaydalara görə, bir oyunçu əvvəlki komanda ilə son oyundan üç il sonra başqa milli komandada oynamağa başlaya bilər. Bu isə o deməkdir ki, o, Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatında Qana yığması ilə oynaya bilər.