"Liverpul" onunla müqavilə uzatmaq istəyir
- 2021-09-18
"Liverpul" yarımmüdafiəçisi Nabi Keyta ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
"Calciomercato"ya istinadən xəbər veririk ki, Mersisayd təmsilçisi 26 yaşlı oyunçu ilə yeni müqavilə imzalamaqla bağlı danışıqlara başlayıb.
Qeyd edək ki, Keyta 2018 -ci ilin yayından "Liverpul"da oynayır. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayı başa çatır.