"PSJ"-yə keçdiyinə peşman oldu
- 2021-09-18
PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum Fransa klubuna keçməsinə peşman olub.
"L'Equipe nəşrinə istinadən xəbər veririk ki, 30 yaşlı oyunçunun dostu futbolçunun özünü Paris təmsilçisində yaxşı hiss etmədiyini deyib. O, Veynaldumun PSJ-yə keçidinin səhv olduğunu söylədiyini vurğulayıb.
Qeyd edək ki, Veynaldum 2021-ci ilin yayında azad agent olaraq "Liverpul"dan PSJ-yə transfer olunub