Morinyodan uğurlu başlanğıc
Digər

Morinyodan uğurlu başlanğıc

  • 2021-09-18

Joze Mourinyonun yeni klubu "Roma"dakı startı uğurlu alınıb.

"Marca"ya istinadən xəbər veririk ki, son olaraq Konfrans Liqasının 1-ci turunda SSKA-ya (Sofiya) 5:1 hesabı ilə qalib gələn portuqaliyalı mütəxəssis İtaliya təmsilçisi ilə ilk 6 matçda 6-cı qələbəsini qazanıb.

Mourinyo bundan əvvəl çalışdırdığı heç bir klubda bu cür uğurlu başlanğıc etməyib.

Qeyd edək ki, "Roma" İtaliya A seriyasında ilk 3 turdan sonra 9 xalla "Napoli" və "Milan"la birgə 1-3-cü pillələri bölüşdürür.