Beyl uzun müddətli zədələndi
- 2021-09-18
"Real"ın hücumçusu Qaret Beylin zədəsi ciddidir.
AS nəşrində verilən xəbərdə, La Liqanın 4-cü turunda "Selta" ilə matç öncəsi məşqdə ağır zədə alan uelsli futblçu tibbi müayinədən keçib və onun 2 ay meydana çıxa bilməyəcəyi məlum olub.
Bu isə o deməkdir ki, Beyl "Real"ın qarşıdakı 12 oyununu buraxacaq. O, La Liqada "Valensiya", "Malyorka", "Vilyareal", "Espanyol", "Atletik", "Barscelona", "Osasuna", "Elçe" və "Rayo Valyekano" ilə görüşlərdə oynaya bilməyəcək. Çempionlar Liqasında isə Beyl "Şerif"lə bir, "Şaxtyor" la hər iki oyunu buraxacaq.
Maraq üçün onu da qeyd edək ki, Beyl "Real"a keçdikdən sonra artıq 24 -cü dəfədir zədələnir.