"Üzr istəməyəcəyəm" - Qvardiola
Digər

"Üzr istəməyəcəyəm" - Qvardiola

  • 2021-09-17

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 1 -ci turunda "Leyptsiq"lə matçdan (6:3) sonra azarkeşlərlə bağlı söylədiyi fikirlərin narazılıqla qarşılanmasına münasibət bildirib.

Mütəxəssis görüşdən sonra tribunaların azarkeşlərin dolu olmasına diqqət çəkərək İngiltərə Premyer Liqasında "Sauthempton"la oyunda da çox azakeş görmək istədiyini bildirib. 

Klubun rəsmi azarkeşlər birliyi Qvardiolanın fikirlərindən narazı qaldıqlarını, insanların axşam matçlarına çıxmasının asan olmadığını vurğulayıb.

Baş məşqçi bundan sonra növbəti açıqlama verib: "Azarkeşlərin dəstəyinə ehtiyacımız olduğu üçün onların stadionu doldurmalarını istəyirik. Neçə nəfərin gəldiyi önəmli deyil, 30 min, 40 min... Dəstəklərinə ehtiyacımız var. Azarkeşlər məni başa düşməlidirlər. Dürüst şəkildə söylədiklərimə görə üzr istəməyəcəyəm".