"Bavariya"nın futbolçusu ürəyindən əməliyyat olundu
- 2021-09-17
"Bavariya"nın futbolçusu Kingsli Koman əməliyyat olunub.
Klubun saytına istinadən, buna səbəb 24 yaşlı yarımmüdafiəçidə yüngül ürək ritmi pozğunluqlarının olmasıdır. O, təxminən 2 həftə sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Koman 2017-ci ildən "Bavariya"da oynayır.