“Qarabağ”da ciddi itki
Digər

“Qarabağ”da ciddi itki

  • 2021-09-17

"Qarabağ" ciddi itki ilə üzləşib.

Qol.az-a istinadən, dünən Konfrans Liqasının "Bazel"lə qrup matçında zədələnən Ağdam klubunun yarımmüdafiəçisi Xayme Romeronun durumunu ciddi olduğu üzə çıxıb. Bu gün tibbi müayinədən keçəb ispan futbolçunun çapraz bağlarında xəsarət aşkarlanıb. Onun əməliyyat olunacağı bildirilir.

Bu isə o deməkdir ki, Xayme ən azı 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq və Konfrans Liqasında qrupun bütün görüşlərini, eləcə də Azərbaycan Premyer Liqasında bir neçə oyunu buraxacaq.