Pelleqrinidən tarixi qol
Digər

Pelleqrinidən tarixi qol

  • 2021-09-17

Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda "SSKA" ilə (Sofiya, Bolqarıstan) matç "Roma"nın futbolçusu Lorentso Pelleqrini üçün əlamətdar olub. 

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi görüşdə fərqlənməyi bacarıb. Bununla da Pelleqrini Avropada bütün klub turnirlərində qol vura bilən yeganə oyunçu kimi tarixə düşüb. 

Qeyd edək ki, sözügedən qarşılaşma "Roma"nın 5:1 hesablı qələbəsi ilə başa çatıb.