"Barselona" böyük zərərə uğradı
- 2021-09-17
"Barselona"nın 2020/21 mövsümündəki xərclərinin məbləği açıqlanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisi 481 milyon avro zərərə uğrayıb.
Bildirilir ki, oktyabrın 6-dan etibarən maliyyə problemlərinə səbəb olan şəxslərin tapılması üçün bütün işçilərin yoxlanılmasına başlanacaq. Rəhbərlik 2021/22 mövsümündə bu çətinliklərlə üzləşməmək məqsədi ilə klubda ciddi dəyişikliklər etmək niyyətindədir.
Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 7 xalla 7-cidir.