Avropa çempionatları tarixində ilk
Digər

Avropa çempionatları tarixində ilk

  • 2021-06-14

Avropa çempionatları tarixində ilkə imza atılıb.

Bu, E qrupunun hazırda davam edən Polşa - Slovakiya matçında baş verib. 18-ci dəqiqədə Polşa millisinin yarımmüdafiəçisi Robert Makın vurduğu zərbədən sonra top dirəyə dəyib, daha sonra qapıçı Voyçex Şensnıya dəyərək tora daxil olub. Beləliklə, qolkiperdən avtoqol qeydə alınıb.

Bununla da Şensnı Avropa çempionatları tarixində ilk qapıçı avtoqolunun müəllifi olub.