Keyn “Tottenhem”lə müqaviləni uzadacaq
- 2021-09-16
İngiltərə millisinin futbolçusu Harri Keyn “Tottenhem”lə müqaviləni uzatmağa razılıq verib.
Şimali londonluların ulduz hücumçu anlaşmaya imza atmaq üçün bir şərt irəli sürüb.
Hücumçunun tələbi ondan ibarətdir ki, anlaşmada klubdan getməsi üçün ödəniləcək məbləğ konkret göstərilsin. Bu, digər klublara onu almaq imkanı yaradacaq.
Qeyd edək ki, bir müddət əvvəl klubdan ayrılacağı gözlənilən forvard transferinə icazə verilmədiyi üçün məşqləri boykot etmişdi.