"Barselona"da bir itki daha
Digər

"Barselona"da bir itki daha

  • 2021-09-16

"Barselona"nın futbolçusu Pedri zədələnib.  

Klubun rəsmi saytına istinadən, 18 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Bavariya" ilə matçda (3:0) zədələnib. İspaniyalı oyunçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Qeyd edək ki, "Barselona"nın futbolçularından Jordi Alba da zədəlidir.