"Ronaldonu görəndə baş ağrısı yox oldu"
- 2021-09-16
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz" ilə oyundan əvvəl məşq zamanı təsadüfən topla xəsarət yetirdiyi qadın stüart açıqlama verib.
"Blick"ə istinadən, o, hadisələri necə xatırladığını danışıb: "Çox güclü zərbə oldu. Mən yıxıldım Sonra Ronaldonu yuxarıda gördüm və düşündüm: "Tanrı, mən öldümmü?" Ronaldo cavab verdi: "Xeyr. Bağışlayın! Nə olub? Sağlamsan?" Çox ağrıyırdım, amma Kriştianonu görəndə baş ağrısı yox oldu".
Xatırladaq ki, Ronaldo həmin qadına öz formasını hədiyyə edib.