Qvardiola Mahrez və Qrilişə niyə qışqırıb?
- 2021-09-16
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Leyptsiq"lə matçda (6:3) futbolçuları Riyad Mahrez və Cek Qrilişə qışqırmasının səbəbini açıqlayıb.
O, "BT Sport"a müsahibəsində futbolçuların müdafiədəki hərəkətlərindən narazı olduğu üçün bu addımı atdığını deyib: “Fasilə ərzində nə edəcəyimizi danışdıq, amma etmədilər. Mübahisələr baş verir. Rəqib sürətli əks -hücumlar etdi. Vəziyyəti idarə etmək bizim üçün çətin idi".
Qeyd edək ki, Mahrez və Qriliş sözügedən görüşdə qol vurublar.