Mbappe zədələndi
- 2021-09-16
"PSJ"nin futbolçusu Kilian Mbappe zədələnib.
"L'Equipe" nəşrinə istinadən, bu barədə klubun baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, fransalı hücumçunun Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Brügge" ilə matçda (1:1) zədələndiyini və bu səbəbdən 51-ci dəqiqədə əvəzləndiyini deyib:
"Kilianı əvəzlədik, ayağından zədələndi. Ayaq biləyində problemlər var. Ətraflı məlumat cümə axşamı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək".