Laporta Kumana ultimatum verdi
- 2021-09-16
"Barselona"nın prezidenti Joan Laportanın klubun baş məşqçisi Ronald Kumanla görüşünün növbəti detalları açıqlanıb.
"Deportes Cuatro" nəşrinə istinadəni, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Bavariya"ya 0:3 hesablı məğlubiyyətdən sonra olan görüş zamanı klub prezidenti niderlandlı mütəxəssisi istefaya göndərməsə də, ona ultimatum verib. Belə ki, Kumanın komandadakı vəziyyəti düzəltmək üçün dörd oyunu var.
Sentyabrda "Barselona" La Liqada "Qranada", "Kadis", "Levante" və Çempionlar Liqasında "Benfika" ilə matçlara çıxacaq.
Kumanın komandası müsbət nəticələr əldə etməsə, Laporta baş məşqçini istefaya göndərə bilər.