"Messi, Mbappe və Neymar birlikdə "PSJ"nin hücumunu zəiflədir"
Digər

"Messi, Mbappe və Neymar birlikdə "PSJ"nin hücumunu zəiflədir"

  • 2021-09-16

"Real"ın sabiq futbolçusu Maykl Ouen Lionel Messinin "PSJ"yə transferindən sonra Paris klubunun oyunu ilə bağlı fikirlərini bölüşüb. 

"Daily Mail"ə istinadən, 41 yaşlı keçmiş hücumçu Messi, Neymar və Kilian Mbappenin birlikdə çıxışının komandanın hücum xəttinin zəiflətdiyini deyib: 

"Əlbəttə ki, hamımız "PSJ"yə heyranıq. Xüsusilə, hücumları - Messi, Mbappe və Neymara. Hamısı özünəməxsus, güclü oyunçulardır. Amma hər üçü birlikdə oynayanda komandanın hücumunu zəiflədirlər. "PSJ"nin niyə bu mövsüm Çempionlar Liqasının favoritləri arasında olduğunu anlamıram. Mən İngiltərə  komandalarının daha güclü olduğuna inanıram”. 

Qeyd edək ki, Messi ötən ay "PSJ" ilə 2+1 illik müqavilə imzalayıb.