Futbolumuz daha 5 pillə geriləyib - Rəsmi
Digər

Futbolumuz daha 5 pillə geriləyib - Rəsmi

  • 2021-09-16

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Qurumun saytına əsasən, Azərbaycan millisi ötən reytinqlə müqayisədə 5 pillə geriləyib. Yığmamız 1158 xalla 117-ci sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1674 xalla 7-ci (+1), Serbiya 1515 xalla 28-ci (+1), İrlandiya 1418 xalla 50-ci (-3),Lüksemburq isə 1244 xalla 94-cü (+2) yerdədir.

Diqqətçəkən məqam odur ki, reytinqdə futbol ənənəsi olmayan ölkələr belə bizi qabaqlayıb. Məsələn, Mozambik 116-cı, Malavi 115-ci, Farer adaları 114-cü, Zimbabve 113-cü, Madaqaskar 100-cü, Fələstin 99-cu yerdə qərarlaşıb. 

Siyahıya Belçika (1832) başçılıq edir. Braziliya (1811) 2-ci, İngiltərə (1755) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi bu ay DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzub, İrlandiya ilə heç-heçə edib - 1:1.