"Beşiktaş"da növbəti itki
Digər

"Beşiktaş"da növbəti itki

  • 2021-09-15

"Beşiktaş" Çempionlar Liqasının qrup mərhələsində Dortmund "Borussiya" ilə matç öncəsi daha bir itki ilə üzləşib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisinin futbolçusu Kevin N Kudu zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb. Ona görə də 26 yaşlı müdafiəçi oyunu buraxacaq. 

Daha əvvəl isə Domoqoy Vidanında görüşdə iştirak etməyəcəyi bildirilmişdi. 

Qeyd edək ki, bu gün keçiriləcək "Beşiktaş"  - "Borussiya" matçı Bakı vaxtı ilə 20:45-də başlayacaq.