"Barselona" Albanı da itirdi
Digər

"Barselona" Albanı da itirdi

  • 2021-09-15

"Barselona"nın daha bir futbolçusu sıradan çıxıb.

Kataloniya klubunun rəsmi saytına istinadən, müdafiəçi Jordi Alba zədələnib. O, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Bavariya" ilə matçda  xəsarət alıb. 
 
Albanın son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Xatırladaq ki, Kataloniya təmsilçisində Serxio Aquero, Martin Breytveyt, Osman Dembele və Ansu Fati də zədə səbəbindən komandaya kömək edə bilmir.