Ronaldodan xəsarət yetirdiyi qadına jest
Digər

Ronaldodan xəsarət yetirdiyi qadına jest

  • 2021-09-15

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz" ilə oyundan əvvəl təsadüfən topla xəsarət yetirdiyi qadın stüarta hədiyyə verib.

Bu barədə "Observador" məlumat yayıb. 36 yaşlı hücumçu matç öncəsi məşq zamanı topla xəsarət yetirdiyi qadına öz futbolkasını hədiyyə edib. Həmçinin o, qadından üzr istəyib. 

Qeyd edək ki, oyun "Yanq Boyz"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.